Ruslan Poladov: Zirənin debüt mövsümündə Avroliqaya çıxması əla olar
14 noyabr 2015 00:25
"Zirə"nin yarımmüdafiəçisi Ruslan Poladov Topaz Premyer Liqasındakı uğurlu çıxış etmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Debüt mövsümümüzdə belə uğurlu çıxış etməyimiz sevindiricidir. Amma bu mövqeni qoruyub saxlamaq lazımdır. Çətin olacaq. Çünki çempionatımızda iddialı komandalar çoxdur. Həm də Premyer Liqa dörd dövrəlidir. Bu üzdən də qarşıda hələ çox oyunumuz var. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Debüt mövsümündə Avropa Liqasına vəsiqə qazanmağımız əla olardı. Ölkəmizi belə bir turnirdə təmsil etməyi hər bir komanda istəyər. "Zirə" də istisna deyil. Amma bunun üçün çox güc sərf etməyimiz lazım gələcək".