Kəpəz AZAL-a məğlub oldu
15 noyabr 2015 00:15
“Kəpəz” milli komandanın oyunu ilə bağlı çempionatda yaranan fasilədən istifadə edərək AZAL-la yoxlama görüşü keçirib. Azerisport.az xəbər verir ki, matç bakılıların minimal hesablı qələbəsi ilə sona çatıb – 1:0.
Qeyd edək ki, “Kəpəz”in iki futbolçusu əsas millinin, bir üzvü U-21-in tərkibində, üç oyunçusu isə zədəli olduğundan komanda əsas heyətlə mübarizə apara bilməyib. Baş məşqçi Şahin Diniyev əsasən ehtiyatda oturan futbolçulara oynamaq imkanı yaradıb.
Xatırladaq ki, tərəflər noyabrın 7-də Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində üz-üzə gəlmiş və oyun 1:1 hesablı heç-heçə ilə nəticələnmişdi.