İnter Zirəni minimal hesabla məğlub etdi
15 noyabr 2015 18:30
Azərbaycan yığmasının noyabrın 17-də Moldovaya qarşı keçirəcəyi yoxlama oyunu ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "İnter"lə "Zirə" bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçiləri "İnter Arena"da üz-üzə gəliblər.
Qarşılaşma "bankirlər"in minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçdakı yeganə qolu Mirsahib Abbasov vurub.