Peşəkar Futbol Liqası İnter - AZAL matçının tarixini dəyişdi
16 noyabr 2015 12:15
Topaz Premyer Liqasının 13-cü turunun oyun cədvəlində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşlərinin canlı yayımlanacağını nəzərə alan PFL “İnter” – AZAL görüşünün 22 noyabrda deyil, 23 noyabrda keçirilməsinə qərar verib.