Rasim Ramaldanov: Neftçi yeni baş məşqçi ilə bizə qarşı daha istəkli oynayacaq
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ümid edirəm ki, bu oyuna çıxa biləcəyəm. Bu iki komanda arasındakı görüşləri hələ də "Böyük oyun" adlandırırlar. "Neftçi"yə qarşı oynayanda meydanda əsl mübarizə gedir. Əminəm ki, bu dəfə də elə olacaq. "Neftçi" yeni baş məşqçiyə tapşırılıb. Komandalarda belə dəyişiklik olanda, futbolçular daha böyük istəklə mübarizə aparırlar. Onlar özlərini yeni baş məşqçiyə ən yaxşı tərəfdən göstərməyə çalışırlar. Aydın məsələdir ki, heç bir komanda üçün asan oyun olmayacaq. Amma biz evdə oynayacağıq. Ona görə də üç xal qazanmağa çalışacağıq".