Elnur Cəfərov Neftçiyə qarşı oyunda Xəzər Lənkərana kömək edə biləcək
18 noyabr 2015 13:00
Azərbaycanın U-21 yığmasının heyətində ötən gün AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı oyunda (3:0) zədə alan "Xəzər Lənkəran"ın futbolçusu Elnur Cəfərovun taleyinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, onun zədəsinin elə də ciddi olmadığı üzə çıxıb.
Matçın sonlarında zədələnən futbolçu buna görə oyunu davam etdirə bilməmiş və əvəzlənmişdi. Amma tibbi müayinədən sonra futbolçuda ciddi bir şey olmadığı aşkarlanıb.
Belə olan halda Cəfərov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" oyununda meydana çıxa biləcək.