Araz Abdullayevlə Anyete sıraya döndü
18 noyabr 2015 14:45
"Neftçi" Topaz Premyer Liqasının 13-cü turunda qarşılaşacağı "Xəzər Lənkəran"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, baş məşqçi Əsgər Abdullayev bu gün futbolçulara istirahət verib.
Bu da ötən gün komandanın əksər üzvlərinin yığma komandalarımızın heyətində oyuna çıxmasından qaynaqlanır. Xeyli müddət idi zədədən əziyyət çəkən Araz Abdullayev və Anyete də sıraya dönüb. Artıq onlar komanda ilə birgə məşq edirlər. Araz böyük ehtimalla "Böyük oyun"da meydana çıxmaq şansı qazanacaq. Amma Anyetenin oynaması elə də inandırıcı görünmür.