Xəzər Lənkəran Neftçi ilə oyuna süni örtüklü meydanda hazırlaşır
19 noyabr 2015 12:20
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşacağı "Neftçi" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, baş məşqçi Yunis Hüseynov komandasını oyunun keçiriləcəyi Lənkəran şəhər stadionunda hazırlaşdıra bilmir.
Buna səbəb Lənkəranda aramsız yağışın davam etməsidir. Qazonu bərbad hala salmamaq üçün "ağ-yaşıllar" süni örtüklü meydanda məşq edirlər.
Qeyd edək ki, "Böyük oyun"un baş tutması üçün heç bir təhlükə yoxdur. Bu gün yağışın kəsdiyi və oyun saatına qədər qazonun normal vəziyyətdə olacağı bildirilir.