Şəhriyar Rəhimov: Qarabağ ilə oyunda özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq
19 noyabr 2015 15:30
"Kəpəz"in yarımmüdafiəçisi Şəhriyar Rəhimov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşacaqları "Qarabağ"la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Gəncədə bu komandaya qarşı keçirdiyimiz oyunu yaxşı xatırlayıram. Biz o vaxt yaxşı oynasaq da, xal qazana bilməmişdik. "Qarabağ"ın gücü hər kəsə yaxşı bəllidir. Amma biz də bu komanda ilə oyunda özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq".