Fotoreportaj|Video|На русском

Futbol

Samir Abasov: Sumqayıt Qəbələ deyil ki, son iki məğlubiyyəti faciəyə çevirək

19 noyabr 2015 17:30

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 13-cü turunda qarşılaşacaqları "Qəbələ" ilə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- İşləriniz necə gedir?
- Son dövrlər işlərimiz lap çoxalıb. Xüsusilə də məşqçilik kurslarına görə. Güclə çatdırıram. İki cəbhədə çalışıram. Ola bilər ki, komandaya bu öz təsirini göstərmir, amma işlərimə təsir edir. Bir tərəfdən kurslar, digər tərəfdən məşqlər. Üstəlik, öz oyunlarımızı analiz etmək, rəqib komandaların oyunlarını öyrənmək də var.

- Samir Əliyev Pro kurslarına görə "Neftçi"dən ayrıldı...
- Mən hazırda A kateqoriyalı məşqçi kursuna qatılıram. Həm də kurslar Bakıda təşkil olunur. Fikrimcə, Əliyev kimi postumu tərk etməyə dəyməz. Amma kurslara qatılmaq doğrudan da çox güc alır.

- Növbəti turda qarşılaşacağınız "Qəbələ"nin oyununu xüsusi analiz etməyə dəyir?
- "Qəbələ" də "Qarabağ" kimi hər kəsə yaxşı tanışdır. Hər iki komanda Avropa Liqasında çıxış edir və biz onların oyunlarını mütəmadi izləyirik. Onlarla bağlı yetərincə məlumatımız var. Bircə onların bizə qarşı hansı heyətlə oynayacağı sual doğurur. Roman Qriqorçukun rəhbərliyi altında 30-35 futbolçu çıxış edir.

- "Qəbələ" hansı heyətlə oynamasından asılı olmayaraq, son turlarda xal itirir...
- Rəqibimiz istənilən heyətlə güclü və təhlükəlidir. Bəli, onlar son dövrlər uğursuz çıxış edirlər. Həm də onları gələn həftə Yunanıstan PAOK-u ilə səfər oyunu gözləyir. Ona görə də bizə qarşı hansı heyətlə oynayacaqlarını proqnozlaşdırmaq çətindir. İstənilən halda biz bu komandaya qarşı layiqli müqavimət göstərmək istəyirik. Öz meydanımızda çıxış edəcəyik. Ona görə də uduzmaq olmaz.

- Sizin komandanız da son iki turda məğlubiyyətlə üzləşib...
- Bizdə eniş yoxdur. Biz "Qəbələ" kimi liderlər qrupunda getmirik ki, bu iki məğlubiyyəti faciəyə çevirək. Hamı bizim imkanlarımızı, qarşımızdakı hədəfləri yaxşı bilir. Vəziyyəti düzgün qiymətləndiririk. Məsələn, "Neftçi"yə uduzsaq da, yaxşı oynadıq, razı qaldım. Səhvlərimizi növbəti turlarda aradan qaldırmağa çalışacağıq.

- Azərbaycanın əsas yığması Moldovaya (2:1), U-21 komandamız isə Rusiyaya (3:0) qalib gəldi. Bu oyunlarla bağlı nə deyə bilərsiniz?
- Hər iki komandamız bizi sevindirdi. "Sumqayıt"ın baş məşqçisi kimi mənə ikiqat sevindiricidir ki, bu oyunlarda bizim futbolçular da iştirak etdilər. Onların uğurunu kənardan izləmək çox xoşdur. Xüsusilə Ağabala Ramazanova görə çox sevindim.

- Amma o, bir qol vursa da, daha bir yüzfaizli qol imkanını qaçırdı...
- Hücumçu üçün dörd epizoddan birini qola çevirmək artıq yaxşıdır. Futbolçular var ki, bunu da bacarmırlar.

- Ramazanov növbəti seçmə mərhələdə Azərbaycan yığmasının əsas hücumçusu ola bilər?
- Hazırda Ağabala yüksəlişdədir. O, qarşısına yığmanın əsas heyət oyunçusu olmaq hədəfini qoyub. Hər şey özündən asıldırı. Mənim fikrimcə, Robert Prosineçki də ondan razı qalıb.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah