Denis Silva: İnanıram ki, AZAL-la oyunda 3 xal bizim olacaq
20 noyabr 2015 00:00
"İnter"in müdafiəçisi Denis Silva Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşacaqları AZAL-la oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, bizim üçün vacib oyundur. Şübhəsiz ki, qarşılaşmadan yalnız qələbə ilə ayrılmağı planlaşdırırıq. İnanıram ki, üç xal qazana biləcəyik. Bir neçə turdur qələbə qazana bilmirik. Turnir cədvəli baxımından da bu qarşılaşmanın bizim üçün əhəmiyyəti böyükdür. Turnir cədvəlində üst pillələrə çıxmaq istəyirik. Qarşıdakı görüş bizə belə bir imkan yarada bilər".