Aleksandr Çertoqanov: Qəbələ ilə oyunda müsbət nəticə qazanmaq istəyirik
20 noyabr 2015 11:00
"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyuna hazırlıq adi rejimdə davam edir. Qarşıdakı turda bizi "Qəbələ" ilə heç də asan olmayacaq görüş gözləyir. Bu oyunun ən çətin matçlarımızdan biri olacağını başa düşürük. Rəqib nəyə qadir olduğunu elə Avropa Liqasındakı oyunları ilə göstərib. Yəqin ki, qonaqlar bizə qalib gəlməyə çalışacaqlar. Çünki dörd turdur qələbə üzünə həsrət qalıblar. Amma biz də öz növbəmizdə müsbət nəticə qazanmaq istəyirik".