Kasradze: AZAL-a hörmətlə yanaşsam da, İnterin qələbəsi üçün əlimdən gələni edəcəyəm
20 noyabr 2015 13:15
"İnter"in müdafiəçisi Laşa Kasradze Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşacaqları AZAL-la oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bu oyuna qələbə qazanmağa çalışmalıyıq. Komandamız fasilə dövründə pis hazırlıq keçmədi. Hamımız qələbəyə köklənmişik. Necə alıncağını isə oyun göstərəcək. Özüm də oyuna tam hazıram. Əsas heyətdə oynamağıma isə baş məşqçi qərar verir. Mən AZAL-da da oynamışam. Amma hazırda "İnter"də çıxış edirəm. Ona görə də meydanda dost, keçmiş komanda anlayışı öz əhəmiyyətini itirəcək. Əlbəttə, rəqibə hörmətlə yanaşıram. Lakin komandamın uğur qazanması üçün əlimdən gələni edəcəyəm".