Əsgər Abdullayev Neftçini Lənkəranda məşqə çıxarmaqdan imtina etdi
20 noyabr 2015 15:00
"Neftçi" Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşacağı "Xəzər Lənkəran"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, bakılılar Lənkərana sabah saat 13:00-da yollanacaqlar.
Baş məşqçi Əsgər Abdullayev komandasını cənub bölgəsində məşq etdirməyəcək. Belə ki, o, matç öncəsi oyunun keçiriləcəyi meydanda məşqdən imtina edib.
"Ağ-qaralar" bu oyuna ciddi itkilərlə çıxacaqlar. Belə ki, diskvalifikasiyalı Ruslan Qurbanovla zədəli Anyetenin meydana çıxmayacağı dəqiqdir. Araz Abdullayev məşqlərə başlasa da, onun da meydana çıxması sual altındadır.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçı noyabrın 22-də keçiriləcək.