Fotoreportaj|Video|На русском

Futbol

Topaz Premyer Liqasında 13-cü tur həyəcanı

21 noyabr 2015 00:05

Bu gün Topaz Premyer Liqasında 13-cü tura start veriləcək. Azerisport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan qısa fasilədən sonra keçiriləcək tur “Xəzər Lənkəran” və “Neftçi” arasında “Böyük oyun”la əlamətdar olacaq. Turun qarşılaşmaları 3 gün davam edəcək.

İlk oyun günündə iki görüş baş tutacaq. Öncə "Sumqayıt" doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq. Bu iki komandanın əvvəlki 13 oyununda qəbələlilərin daha böyük üstünlüyü var - 11 qələbə. Sumqayıtlılar bu rəqibinə cəmi 1 dəfə qalib gəldikləri halda, 1 dəfə də heç-heçəyə imza atıblar. Top fərqi də "Qəbələ"nin xeyrinədir 28:8. “Qəbələ” son 3 qarşılaşmada qalib gəlib. “Qırmızı-qaralar” əvvəlki 13 matçın hamısında qol sevinci yaşayıb. “Sumqayıt” 8 oyundur qalib gələ bilmir. Samir Abasovun gəlişindən sonra uğurlu çıxış edən sumqayıtlılar son iki turda uduzduğu üçün, bu oyunda növbəti dəfə sürpriz nəticəyə imza atmağa çalışacaqlar. "Qəbələ" də son dörd oyunda qələbə qazana bilmir. Bu üzdən Roman Qriqorçukun komandası uğursuz gedişata son qoymağı hədəfləyib. Birinci dövrədə baş tutan oyunda "Qəbələ"nin bu rəqibini 1:0 hesabıyla məğlub etdiyini də xatırladaq.

Günün digər oyununda lider "Qarabağ" “Kəpəz”i qəbul edəcək. Ağdam klubu bu rəqibi ilə görüşlərdə cüzi də olsa, üstünlüyə malikdir. 16 qələbə qazanan Qurban Qurbanovun komandası 14 dəfə də meydanı məğlub tərk edib. Daha 8 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqində isə gəncəlilər üstündürlər - 51:47. “Qarabağ” 13 oyundur rəqibinə uduzmur. Gəncə təmsilçisi son 8 görüşdə cəmi 1 xal qazanıb. Ağdamlılar evdəki son 3 matçda qalib gəlib. İlk dövrədəki qarşılaşmada da "Qarabağ" 3:2 hesabıyla qalib gəlmişdi. Elə bu görüşdə də Ağdam klubu favorit göstərilir. Amma Şahin Diniyevin komandası da sürprizə imza ata bilər.

İkinci oyun günü "Böyük oyun"la əlamətdar olacaq. "Xəzər Lənkəran" doğma meydanda “Neftçi”ni qəbul edəcək. Tərəflərin əvvəlki 34 oyununda daha çox heç-heçə qeydə alınıb - 15 dəfə. Cənublular 7 dəfə qalib gəldikləri halda, "ağ-qaralar" 12 dəfə 3 xala seviniblər. Top fərqi də bakılıların xeyrinədir - 39:28. “Xəzər Lənkəran” 9 oyundur bu rəqibinə qalib gələ bilmir. Paytaxt klubu son 8 qarşılaşmada meydanı qolsuz tərk etmir. “Neftçi” səfərdə 12 oyundur qələbə qazanmır. “Xəzər Lənkəran”ın son 4 ev qarşılaşmasında heç-heçə qeydə alınıb ki, bunların üçündə 2:2 hesabına təsadüf olunub. İlk dövrədə Bakıda baş tutan qarşılaşmanın 1:1 hesablı heç-heçə ilə bitdiyini də xatırladaq. Paytaxt təmsilçisi bu oyuna yeni baş məşqçi ilə çıxacaq. Samir Əliyevi əvəz edən Əsgər Abdullayev prinsipial qarşılaşmada uğurla starta ümid edəcək. Heyətlə bağlı çox ciddi problemləri olan Yunis Hüseynov isə daha çox doğma meydan və azarkeş amilindən yararlanmağa çalışacaq.

Çempionatın cari mövsümünün sürpriz komandası olan “Zirə” bu tur səfərdə "Rəvan”ın qonağı olacaq. Bu iki klub indiyə qədər cəmi bir dəfə üz-üzə gəliblər ki, o da zirəlilərin 2:1 hesablı qələbəsi ilə üz-üzə gəlib. Bu oyunda da Adil Şükürovun komandası favorit hesab olunur. Lakin Bəhmən Həsənovlu "Rəvan" da "Neftçi" üzərində qələbə qazandığı kimi, sürpriz nəticəyə imza ata bilər.

Turun son oyun günündə bir görüş keçiriləcək. “İnter” paytaxt derbisində AZAL-la qarşılaşacaq. Bu klub indiyə qədər 27 oyunda üz-üzə gəliblər ki, onların 10-da "İnter", 5-də isə "təyyarəçilər" 3 xala seviniblər. Qalan 12 görüşdə heç-heçə qeydə alınıb. Top fərqi də "bankirlər"in xeyrinədir - 25:20. AZAL son 8 oyunda qələbə qazana bilməyib. “İnter” ardıcıl 9 matçdır meydanı qolsuz tərk etmir. Sonuncular evdə keçirdiyi son 3 qarşılaşmada xal itirməyib. İlk dövrədə baş tutan görüşdə "İnter" 1:0 hesabıyla qalib gəlmişdi.

Topaz Premyer Liqası
13-cü tur

21 noyabr (şənbə)

17:00. “Sumqayıt” - “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Elman Musayev, Namiq Hüseynov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Murad Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

19:30. “Qarabağ” - “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

22 noyabr (bazar)

18:00. “Xəzər Lənkəran” - “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Knyaz Əmiraslanov, Rza Məmmədov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

20:00. “Rəvan” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, İsgəndər Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. “Bayıl Arena”.

23 noyabr (bazar ertəsi)

17:00. “İnter” - AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Coşqun Həsənov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
Bakı. “İnter Arena”.

Bombardirlər:
5
- Riçard Almeyda ("Qarabağ"), Ruslan Qurbanov ("Neftçi"), Aleksey Antonov ("Qəbələ").
4 - Aleksey Qay ("Qəbələ"), Samuel Armenteros ("Qarabağ"), Junior Osvaldo ("Kəpəz"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran").

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah