Fotoreportaj|Video|На русском

Futbol

Samir Zərgərov: Bu, mənim üçün böyük fəxrdir

21 noyabr 2015 13:30

Topaz Premyer Liqasının bu gün start götürəcək 13-cü turunda “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar”ın futbolçusu Samir Zərgərov klub saytına açıqlamasında Sumqayıtda keçiriləcək qarşılaşma haqda fikirlərini açıqlayıb:

“Sumqayıt”la oyuna çox yaxşı hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik ki qələbə qazanaq. Son 4 turda qalib gələ bilməmişik ki, bu seriyanı da səfərdə qırmaq üçün bütün bacarığımızı meydanda qoyacağıq. “Sumqayıt” neçə ildir Premyer Liqada çıxış edir. Komandanın yüksək liqa təcrübəsi var. Tanıdığımız futbolçulardan təşkil olunan rəqibimiz çox yaxşı komandadır. “Sumqayıt” istənilən rəqibi məğlub etmək gücündədir. Bu üzdən də onlarla qarşılaşmaya çox ciddi hazırlaşmışıq. Çalışacağıq ki, səfərdə 3 xal qazanaq”.

Zərgərov Premyer Liqanın arxada qalan 12 turunu dəyərləndirərək, “Qəbələ”nin mövsümün ilk 1/3 hissəsindəki çıxışını qiymətləndirib: “Mövsümün arxada qalan hissəsində komandamızda yüksəliş də oldu. Çempionata yaxşı başlayıb, xallar qazandıq. Lakin son 4 oyunda bəxtimiz gətirmədi. Daha çox qələbə qazana bilərdik. Qələbə qazana bilmədiyimiz son 4 görüşdə çox hücum etsək də qol vura bilmirdik. Çalışacağıq ki, hücumu məntiqi sonluğa çatdırmaqla bağlı çatışmazlığı da aradan qaldıraq. Düşünürəm ki, hesabımızda daha çox xal olmalı idi. Çünki qalib gəlməli olduğumuz matçlarda xal itkiləri ilə üzləşdik. İndi çalışmalıyıq ki, bacardığımız qədər uğurlu çıxış edib xal itirməyək. Çempionluq uğrunda mübarizə aparmaq üçün xal itirməməyə çalışmalıyıq ki, liderlə fərqi də aradan qaldıraq. Bu 12 turda mənim nümayiş etdirdiyim oyuna isə kənardan qiymət versələr yaxşı olar. Bu üzdən öz oyunumu dəyərləndirmək istəmirəm”.

Yarımmüdafiəçi “Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsində keçirəcəyi son iki matç haqda fikirlərini açıqlayıb. O bildirib ki, gələn həftə keçiriləcək PAOK-la Yunanıstandakı qarşılaşma və Rusiya “Krasnodar”ı ilə dekabrın 10-dakı görüşlərdə komandanın hədəfi qələbədir: “Avropa Liqasında şanslarımız öz əlimizdə deyil. Biz hər iki oyunda qalib gəlsək belə “Borussiya” da “Krasnodar”ı məğlub etməlidir. Bu qarşılaşmalarda qalib gəlmək istəyirik ki, Dortmund klubunun qələbəsi xeyrimizə olsun. Ən əsası öz matçlarımızı udmalıyıq”.

Qrup mərhələsinin son oyunu Samir üçün əlamətdar olub. Zərgərov “Borussiya” ilə Dortmunddakı görüşdə 100-cü dəfə “qırmızı-qara” forma geyib. Dodo, Viktor Mendi və Ürfan Abbasovdan sonra buna nail olan 4-cü oyunçu kimi klub tarixinə düşən yarımmüdafiəçi bu rəqəmi 101-ə də çatdırıb: “Futbolçuya hər klubda 100 oyun keçirmək nəsib olmur. Bu o qədər də asan deyil. “Qəbələ” kimi bir klubda 100-ü arxada qoyduğum üçün çox sevinirəm. Bu, mənim üçün böyük fəxrdir. Bu rəqəmi neçəyə çatdırmağım qismətdən asılıdır. Nə qədər bacarıramsa o qədər oynayacağam ki, klubun tarixində qalım”.

Zərgərov “Qəbələ”də keçirdiyi 101 oyun arasında ən yaddaqalan matç və qolunu da xatırlayıb: “Bu müddətdə ən yaddaqalan oyunum Yunanıstan “Panatinaikos”unu keçib qrupa düşməyimizdir. Fikrimcə, bu klub tarixinin ən əlamətdar oyunudur. 2008-ci ilin matçında kubokun 2007/08 mövsümünün 1/4 finalında “Bakı”ya vurduğun qolu unutmamışam. Bu, mənim “Qəbələ”də ən yaddaqalan qolumdur. 7 il öncə səfər oyununda qol vurdum. Həmin matç da, cavab oyunu da 1:1 hesabı ilə nəticələndi. Penaltilər seriyasında qalib gəlib, yarımfinala çıxdıq. 4:3 hesabı ilə qalib gəldiyimiz seriyada da zərbələrdən birini mən dəqiq vurdum”.

Bu ilin yayında “Qəbələ”yə qayıdan Samir 2006-2009-cu illərdə də klubun formasını geyinib. 9 il əvvəl Premyer Liqada debüt edən “qırmızı-qaralar”ın heyətinə qatılan futbolçu həmin illəri yada salıb: “Kluba keçdiyim 2006-cı ili indiyədək yaxşı xatırlayıram. O vaxtkı baş məşqçi Faiq Cabbarov məni “Ədliyyə”dən dəvət etmişdi. 2009-cu ildə “Stadard”a keçənədək 3 il “Qəbələ”nin şərəfini qorudum. Xeyli müddət keçsə də, o dövrü xatırlayıram. Gənc oyunçu idim. Klub özü də yeni yaranmışdı. Yaxşı oyunlarımız da olurdu, alınmayan matçlarımız da. Təbii ki, formalaşmaqda olan klub indiki kimi deyildi. Çünki istənilən kluba daha yüksək səviyyəyə çatmaq üçün müəyyən dövr lazımdır. Amma həmin vaxtda kifayət qədər yaxşı oyunlarımız oldu. 3 il ərzində iki dəfə ölkə kubokunun yarımfinalına yüksəlsək də, avrokuboklara vəsiqə qazana bilmirdik. Düşünürəm ki, həmin vaxt komandanın potensialı da elə buna uyğun idi. İndiki komanda isə daha böyük potensiala malikdir”.

Son illərdə sağ cinah yarımmüdafiəçisi kimi çıxış edən Zərgərov “Qəbələ”də oynadığı 2006-2009-cu illərdə fərqli mövqelərdə mübarizə aparıb: “Həmin vaxt məşqçi hansı mövqeyə istəsə, orada çıxış edirdim. Hücumda da, arxada da oynayırdım. Amma yarımmüdafiədə də çıxış edirdim. “Qəbələ”dən gedəndən sonra isə artıq sırf cinah yarımmüdafiəçisi kimi oynamağa başladım”.

“Qəbələ”nin azarkeşlərinə dəstəyə görə təşəkkür edən Zərgərov komandasının göstərdiyi oyunun fanatların sayının artmasına təkan verəcəyini düşünür: “Azarkeşlərimizə təşəkkür edirəm ki, oyunlarımıza gəlir, bizi dəstəkləyirlər. Lakin daha çox fanatımızın olmasını, stadiona gəlməsini istəyirəm. Düşünürəm ki, tribunalara gələn azarkeşlərin sayı artdıqca bizim üçün daha böyük stimul olur. Futbolu azarkeşlər üçün oynayırıq. Biz də Avropa Liqasında çıxış edirik. Oyunumuz və nəticələrimizlə stadiona daha çox fanat gəlməsi üçün əlimizdən gələni edirik”.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah