Şəhriyar Rəhimov: Qarabağ ilə oyunda özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq
21 noyabr 2015 14:00
"Kəpəz"in müdafiəçisi Şəhriyar Rəhimov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Gəncədəki oyunu yaxşı xatırlayıram. Biz yaxşı oynasaq da, xal qazana bilmədik. Ağdam klubunun nə qədər güclü olduğunu hamı yaxşı bilir. Bu dəfə də özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Rəqibin heyətində Reynaldonun olmamasına gəlincə, təbii ki, bu, onlar üçün itkidir. Çünki güclü futbolçudur. Amma "Qarabağ" komanda olaraq güclüdür. İstənilən halda biz rəqib yox, daha çox öz komandamız barədə düşünürük".