Zaur Svanadze: AZAL-la oyun bu dəfə də çətin keçəcək
21 noyabr 2015 15:30
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandada atmosfer normaldır. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Çoxdandır qələbə qazana bilmirik. Qarşıdakı oyunda nəhayət ki, buna nail olmaq istəyirik. AZAL-la oyunlarımız həmişə çətin keçib. Bu dəfə də elə olacaq. Komandamızın üzvləri bunu yaxşı başa düşürlər".