Fotoreportaj|Video|На русском

Futbol

Petrkeviç: İnanıram ki, Qəbələ pley-offa çıxacaq

21 noyabr 2015 17:00

David Petrkeviç 1 illik fasilədən sonra bu yay yenidən “Qəbələ”yə qayıtdı. Azerisport.az xəbər verir ki, 2013/14 mövsümündə “qırmızı-qaralar”la çempionatın bürünc medallarını qazanan 27 yaşlı polşalı qapıçı dönüşündən sonra debütünü xeyli gözləməli oldu.

Bu, Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Kəpəz”lə keçirilən ev oyununa təsadüf etdi. Matçın 7-ci dəqiqəsində zədələnən ukraynalı həmkarı Dmitri Bezotosnını əvəzləyən David bununla da 21 aydan sonra yenidən əsas komandanın qapısını qorudu. Dortmundda, “Siqnal İduna Park”da keçirilən oyun isə onun qapıçı kimi, bəlkə də, ən çətin sınaqlarından idi. Əsas heyətə qayıdan David “Qəbələ İK”ya müsahibəsində əvvəlcə dönüşündən söz salıb.

- 2013/14 mövsümünün sonunda ilə müqaviləm bitdi. Yeni anlaşmayla bağlı təklif almadığımdan Vətənə qayıtdım. Ancaq Polşada özümə klub tapa bilmədim. “Qəbələ”nin baş meneceri Zaur Əzizov yayda vəziyyətimlə maraqlandı və dedi ki, baş məşqçi Roman Qriqorçuk məni görmək istəyir. Yaxşı tanıdığım komandaya dönməklə bağlı təklifindən vaz keçə bilməzdim.

- Vətənində klub tapa bilməməyinə nə səbəb oldu?
- Açığı, Polşada 4 kluba keçə bilərdim. Bunlardan 3-ü yüksək liqa təmsilçisi idi. Ancaq şərtlər məni razı salmadığından həmin klublarla razılığa gələ bilmədik.

- Futbolsuz 1 il sənin üçün necə keçdi?
- Oynamasam da, hazırlığımı fərdi qaydada davam etdirirdim. Polşada yaşadığım Sanok şəhərinin “Stal” klubunda qapıçılarla birgə məşq edirdim. Aşağı liqada çıxış edən bu komandada vaxtilə oynamışdım. Əlbəttə, klubsuz qalmaq, yalnız məşqlərlə kifayətlənmək peşəkar qapıçıya əl vermir. Ancaq gələcəyi bilmək olmur. Bununla belə, ruhdan düşmür, inanırdım ki, vəziyyət yenidən yaxşılığa doğru dəyişəcək və güclü komandaya keçə biləcəyəm. Bu mənada “Qəbələ”dən gələn təklif yerinə düşdü.

- “Qəbələ”dən ayrı qaldığın 1 ildə komandadan kiminlə əlaqən vardı?
- Rafael Santos, tərcüməçimiz Məhəmməd Əzizli və masajçımız Namiq Hüseynovla mütəmadi danışırdım. Təbii ki, “Qəbələ”nin çıxışıyla maraqlanır, oyunlarını izləyirdim.

- Sənin vaxtındakı “Qəbələ” ilə indikini müqayisə edə bilərsənmi?
- Yuri Syominin dövründə də yaxşı futbolçularımız çox idi. Sadəcə, o zaman futbolçular fərdi planda daha çox seçilirdilər. İndi isə komanda halında güclüyük. Qriqorçuk taktikaya xüsusi diqqət yetirir. Bu, oyunlar zamanı yaxşı görünür.

- Əsas qapıçı Dmitri Bezotosnı, xüsusilə, Avropa Liqasında uğurlu çıxışıyla sözünü deyib. Bu amilə görə “Qəbələ”dən gələn təklifə cavab verməkdə tərəddün etmədin?
- “Qəbələ”yə güclü qapıçının olduğunu bilərək gəldim. Mənim üçün ən vacibi yaxşı tanıdığım iddialı komandaya gəlmək idi. “Qəbələ”də 2 qapıçı vardı – təcrübəli Dmitri Bezotosnı və gənc Andrey Popoviç. Aramızda gedən rəqabət həm komandanın, həm də özümüzün xeyrinədir. Bezotosnı haqda yalnız xoş sözlər deyə bilərəm. O, həm yaxşı qapıçı, həm də yaxşı insandır. Ümumiyyətlə, biz 3 qapıçı hər gün çox yaxşı ab-havada məşq edirik. Mənə oyun praktikası lazım idi.

- Artıq bu imkanı əldə etmisən. Bezotosnı zədələnib sıradan çıxandan sonra 2 oyunda “çərçivə”ni qorumusan.
- Bezotosnının zədələnməsinə görə çox məyus oldum. Yaxşı formada olduğu bir vaxtda sıradan çıxması heç yerinə düşmədi. Ancaq futbolda zədədən heç kim sığortalanmayıb. Daim oynamaq istəsəm də, bu, həmişə alınmır. Əsas odur ki, futbolçu kimi üzərimə düşən işi görür, bunun ən yaxşı olmasına çalışıram.

- Necə düşünürsən, Dmitrinin olmadığı vaxtda əlinə düşən şansdan maksimum istifadə edə biləcəksən?
- Bu şansdan maksimum yararlanmaq üçün var-gücümlə çalışacağam. Özümə inamım böyükdür. Təbii ki, ehtiyatda oturmaq heç bir qapıçının ürəyincə deyil. Hamımız oynamaq istəsək də, qapıda 1 nəfər dayana bilər. Daim şansımı gözləyirdim və bilirdim ki, bu, mütləq olacaq.

- Avropa Liqasında debütün çox çətin oyuna təsadüf etdi. “Borussiya”nın meydanında, çılğın azarkeş kütləsi qarşısında oynamaq necə idi?
- Avroliqalarda ilk oyunumun “Borussiya” kimi adlı-sanlı rəqibə qarşı, həm də səfərdə olması mənim üçün xoş idi. Dortmunddakı matça yaxşı hazırlaşmışdım. Güclü rəqiblə oyunda mənə çox çətin olacağını yaxşı bilirdim. Özümü göstərmək istəyir, nəyə qadir olduğumu nümayiş etdirmək əzmindəydim. Məncə, oyunum pis alınmadı. Hər halda, “Borussiya”nın 90 dəqiqə ərzində yaratdığı çoxsaylı qol vəziyyətlərinin qarşısını almaq heç də asan deyildi. Taleyimə minnətdaram ki, mənə belə tarixi matçda oynamaq şansı verdi.

- Buraxdığın hansı qola görə daha çox üzüldün?
- İkinci qola. Çünki zərbəni qaytarsam da, top dirəyə dəydi və qapıdan keçdi. Həmin epizodda bəxtim gətirmədi. Üçüncü qola gəlincə, futbolda avtoqollar olur. Bilmək olmaz, Sergey Zenyov vurmasaydı, bəlkə də, “Borussiya”nın futbolçusu fərqlənəcəkdi. Son qolda isə rəqib futbolçunun güclü zərbəsini dəf etmək, demək olar, mümkün deyildi.

- “Borussiya”yla oyunda həmyerlin Lukaş Pişçekə rəqib oldun. Onunla söhbətləşmək imkanın oldumu?
- Əlbəttə. Onunla hələ Bakıdakı oyunda tanış olduq. Pişçek “Qəbələ”də polşalı futbolçu olduğunu bildikdən sonra mənimlə maraqlanıb. Lukaşla oyunlar haqda qısa söhbət etdik. O, “Qəbələ” haqda müsbət rəyə gəldiyini, yaxşı komanda olduğumuzu dedi. Onu da bildirdi ki, “Borussiya” kimi güclü rəqiblə matçlar həm “Qəbələ”, həm də Azərbaycan futbolu üçün faydalıdır. Sonda qarşıdakı oyunlarda bizə uğurlar arzuladı.

- Onunla oyundan sonra formalarınızı dəyişdinizmi?
- Bunu Bakıda etdik. Dortmundakı matçdan sonra isə həmkarım Roman Vaydenfellerlə formalarımızı dəyişdik. Bu, həyatımın sonunadək mənim üçün ən yaxşı xatirə hədiyyələri olaraq qalacaq. Biri yerlimin, digəri Almaniya yığmasının heyətində dünya çempionu olan qapıçının forması. Dost-tanışlara göstərib deyəcəyəm ki, “Borussiya” ilə matçların iştirakçısı olmuşam.

- Bildiyimə görə, vaxtilə bu komandanın sabiq hücumçusu, yerlin Robert Levandovskiylə birgə oynamısan...
- Robertlə çoxdandır əlaqəm yoxdur. Onunla Polşanın U-19 yığmasında birgə oynamışam. “Borussiya” da əvvəl 3 yerlim vardı. Ancaq həm Roman, həm də Lukaş Blaşikovski indi başqa klublarda top qovur. Levandovski Avropanın ən yaxşı hücumçularından biridir. “Borussiya” onunla da güclü idi, onsuz da. Hazırda Levandovskinin yerində Pyer-Emerik Obameyanq oynayır.

- Ümumiyyətlə, “Qəbələ”nin Avropa Liqasında çıxışı Polşada necə qarşılanır?
- Böyük maraqla. Komandamız qrupa düşəndən sonra vətənimdə mənimlə daha çox maraqlanırlar. Jurnalistlər tez-tez zəng vurur, məndən müsahibə alırlar. “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinə necə düşdüyünü, komandamızın səviyyəsi haqda çoxlu suallar verirlər.

- Qrupdan çıxmaq şansınız az da olsa qalır. Səncə, buna nail ola biləcəksinizmi?
- İnanıram ki, “Qəbələ” pley-offa çıxacaq. Bu, realdır. Güclü komandamız, güclü baş məşqçimiz var. Qriqorçuk komandanı necə hazırlaşdırmaq lazım olduğunu yaxşı bilir. “Borussiya” qrupda sonadək qələbəyə oynayacaq. Düşünürəm ki, qalan 2 oyunda qalib gəlməklə 2-ci vəsiqəni biz qazanacağıq.

- Çempionatda son 4 oyunu öz meydanınızda keçirsəniz də, qalib gələ bilmədiniz. Bunun səbəbini nədə görürsən?
- Futbolda bu cür hallar olur. Həmin matçlarda bəxtimiz gətirmədi. Yaxşı oynadıq, çox hücumlar etdik, üstünlük bizim tərəfdə oldu. Ancaq təəssüf ki, son nöqtəni qoya bilmədik. Əminəm ki, bu vəziyyətdən çıxa, daha yaxşı oyun göstərə biləcəyik.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah