Vurğun Hüseynov: Avtoqol həm də mənim səhvim idi
22 noyabr 2015 00:40
"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu (2:2) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rəqibin kimliyindən asılı olmayaraq, bizə qələbə qazanmaq lazım idi. Qələbəni əldən verməyimizə təəssüflənirəm. Bu gün iki xal itirdik. Fikrimcə, belə oynamağa davam etsək, nəticələrimiz daha da yaxşı olacaq. Cəmil Hacıyevin vurduğu avtoqola gəlincə, təbii ki, o özü də yenidən belə bir uğursuzluqla üzləşmək istəməzdi. Amma onun səhvi həm də mənim səhvimdir. Çünki biz bir ailəyik. Hamımız bir-birimizi dəstəkləyirik". (CBC)