Elşən Rzazadə: Neftçiyə qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirik
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elşən Rzazadə Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz oyuna yaxşı hazırlaşmışıq və "Neftçi"yə qalib gəlmək istəyirik. Azarkeşlərimizi, klub rəhbərliyini sevindirmək istəyirik. Bunun üçün sonadək mübarizə aparacağıq.
Azərbaycan yığmasındakı debüt oyunuma gəlincə, bir qədər həyəcanlı idim. Moldova ilə görüşdə qol vurmaq şansım da oldu, amma qapıya dəqiq zərbə endirə bilmədim. Şadam ki, yığmanın baş məşqçisi mənə də şans verdi. Bilirəm ki, səhvlərim oldu. Birinci oyunda hamının səhvi olur. Yenidən yığmaya dəvət almaq üçün əlimdən gələni edəcəyəm. Milli komandada sabit çıxış etmək istəyirəm".