Olimpiya çempionu Qarabağ - Kəpəz oyununda
22 noyabr 2015 17:00
“Kəpəz”in Topaz Premyer Liqasının 13-cü turunda “Qarabağ”a qarşı keçirdiyi səfər oyununda komandaya Gəncədən gələn, eləcə də Bakıda yaşayan azarkeşləri stadiondan dəstək verdi. Azerisport.az xəbər verir ki, fanatlar arasında idman və şou-biznes ailəminin tanınmış simaları da olub. Onlardan Olimpiya çempionu Toğrul Əsgərovun da adını çəkmək olar.
Gəncə güləş məktəbinin yetirməsi olan pəhləvan “Kəpəz”in sadiq azarkeşlərindəndir. Oyunu boyu “sarı-göylər”ə tribunadan dəstək verən Toğrul Əsgərov klub rəhbərliyi ilə də görüşərək, doğma komandasına qarşıdakı oyunlarda uğurlar arzulayıb.