Çingiz Abdullayev: Əcnəbi baş məşqçi gətirmək istəyirik
22 noyabr 2015 20:15
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəhbəri 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Qələbə qazandığımız üçün şadam. Bu, Əsgər Abdullayevin rəhbərliyi altında ilk oyunumuz idi. Gördüyünüz kimi, dəyişiklik var. Uşaqları qələbə münasibətilə təbrik etdim. Abdullayev baş məşqçi postunda qalacaqmı? Buna sonra qərar verəcəyik. Amma onun bu ilin sonunadək komandaya rəhbərlik etməsini danışmışıq. Biz baş məşqçi postuna əcnəbi mütəxəssis istəyirik. Bu ili isə mümkün qədər üst pillələrdə başa vurmaq istəyirik. Abdullayevə inanırıq".