Bəhmən Həsənov: Erkən vurduğumuz qolun hesabına qələbə qazandıq
22 noyabr 2015 22:35
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Ağıllı müdafiə olunduq və erkən vurduğumuz qolun hesabına qələbə qazandıq. Biz çempionatın yaxşı komandalarından birinə qarşı oynadıq. Rəqib üzərində qazanılan qələbəyə görə şadam. Artıq növbəti oyunları düşünməliyik”.