Fotoreportaj|Video|На русском

Futbol

Toğrul Əsgərov: Kəpəzi daim zirvələrdə görmək istəyirəm

24 noyabr 2015 00:10

Olimpiya çempionu Toğrul Əsgərovun “Kəpəz” azarkeşi olması heç kimə sirr deyil. Azerisport.az xəbər verir ki, güləşçi doğma şəhərinin komandasına könül verənlərdəndir. Bu səbəbdən Bakı-2015 - birinci Avropa Oyunlarının qalibini tez-tez “sarı-göylər”in oyununda tribunada görmək olar.

Əsgərov Topaz Premyer Liqasının 13-cü turunda “Qarabağ”la səfər matçında da VİP lojada yerini tutmuşdu. Oyuna həvəslə baxan Əsgərov görüşdən sonra Gəncə klubunun saytının suallarını cavablandırıb.

- Bu gün doğma komandamızı belə görüb çox sevinirəm. “Kəpəz”in yenidən Premyer Liqaya qayıtması bütün azarkeşlər kimi, mənim də hədsiz sevincimə səbəb olub. Komandamız əvvəlki əzəmətini geri qaytarmaq üçün can atır. Klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevin rəhbərliyi altında “Kəpəz” üçün böyük işlər görülür. Buna görə Elmir müəllimə bir azarkeş kimi təşəkkürümü bildirirəm. Bir gəncəli, “Kəpəz” azarkeşi olaraq sevimli klubumuzu daim zirvələrdə görmək istəyirəm. İnşallah, komandamız ümidlərimizi doğruldub, avrokuboklarda mübarizə aparmaq şansı qazanar.

- Toğrul, “Kəpəz”in birinci diviziondakı oyunlarında da səni görürdük. İndi isə Premyer Liqa matçlarını izləyirsən. Hisslərin fərqlidir?
- Təbii ki, Gəncə klubunun yüksək liqaya çıxması və burada mübarizə aparması hamımızı sevindirir. Aşağı liqada oynayanda gözləyirdik ki, komandamız elitaya vəsiqə qazansın. İndi arzularımız həyata keçib. Bu gün “Kəpəz”in qələbələrinin şahidiyik. Arzu edirik ki, uğurlarımız davamlı olsun. Görünür ki, komandanın perspektivi var. Baş məşqçi Şahin Diniyev döyüşkən, əzmkar komanda yaradıb. Futbolun inkişafı naminə canla-başla işlər görülür. Hamı uğur qazanmaq üçün birlikdə çalışır. Futbolçular da sağ olsunlar, azarkeşləri sevindirmək üçün oynayırlar. Hamısına minnətdaram. Elə “Kəpəz”i çılğın dəstəkləyən fanatlara da təşəkkür edirəm. İsti-soyuq demədən oyunlara gəlirlər. Bu, futbolun, “Kəpəz”in Gəncədə necə sevilməsinin təzahüdür.  

- Bundan sonra yəqin ki, “Kəpəz”in oyunlarında səni daha tez-tez görəcəyik.
- Ağır və sıx məşq proqramları, yarışlar heç də həmişə oyunlara baxmaq imkanı yaratmır. Mən də idmançıyam, boş vaxtlarım az olur. İmkan olan kimi “Kəpəz”in iştirakı ilə keçirilən bütün görüşlərə gələcəyəm. İstər Bakıda, istərsə də Gəncədə olsun.

- Gəncəli uşaqların əsas arzusu “Kəpəz”də oynamaq olub...
- Elə mənim də. Həmişə demişəm ki, güləşçi olmasaydım, mütləq futbolçu olacaqdım. Çünki futbolu çox sevirəm.

- Necə düşünürsən, güləşdə olduğu kimi futbolda da uğurlar qazanıb, tanınmış oyunçu ola bilərdin?
- (gülür) Hər şey qismətdən asılıdır, bilmək olmaz. Kimin taleyinə nə yazılıbsa, o da olacaq. Yəqin ki, mənim taleyimə güləşmək yazılıb, yolum budur. Əgər futbolçu olsaydım belə düşünürəm ki, tanınmış ola bilərdim. Güləşdə canımı qoyduğum, xarakter göstərdiyim kimi futbolda da eyni şeyləri edərdim.

- Təkcə futbola baxmaqla yox, oynamaqla da aran yaxşıdır.
- Düzdür, hər həftə yığışıb uşaqlarla futbol oynayırıq. Bakıda və ya Gəncədə olmağımdan asılı olmayaraq tez-tez futbol oynamağı sevirəm. İmkan tapan kimi uşaqlara qoşulub oynayıram. İnanın ki, dayanmadan 3-4 saat oynaya bilərəm. Güləş üzrə yığma komandamızda hamı necə oynadığımı yaxşı bilir. Futbolun adı gələn kimi birinci mənim adımı çəkirlər, oynamağa çağırırlar. Yəqin ki, oynamağı bacarıram ki, dəvət edirlər.

- Sən həm də ölkəmizin dövlət nümayəndələrindən ibarət futbol komandasının üzvüsən.
- Bəli, bir dəfə Azərbaycan və Rusiya dövlət nümayəndələri arasında keçirilən yoldaşlıq matçında mən də iştirak etmişəm. Gələn il isə belə qarşılaşma Rusiyada keçiriləcək.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah