Tottenhemin 7 futbolçusu Qarabağla oyuna gətirilmədi
İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Maurisio Poçettino Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri səfər oyununa 7 futbolçunu gətirməməyə qərar verib. Azerisport.az xəbər verir ki, o, Mussa Dembele, Deni Rouz və Kayl Uokeri Londonda saxlamağı üstün tutub.
Londonluların daha dörd futbolçusu Nabil Bentaleb, Naser Şadli, Aleks Pritçard və Erik Lamela isə zədə səbəbindən Bakıya gətirilməyib.
Qeyd edək ki, Poçettino Azərbaycan paytaxtına gətirəcəyi heyətə bir neçə gənc futbolçunun adını daxil edib. Onların arasında 17 yaşlı Kameron Karter-Vikes, 18 yaşlı Şeyn Harrison, eləcə də Coş Onoma, Harri Vinks və Luk Makqi də yer alır.
"Qarabağ" - "Tottenhem" matçı sabah Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 22:00-da start götürəcək.