Fotoreportaj|Video|На русском

Futbol

Tino Peres: Oyun təcrübəsinin olmaması məni narahat edir

25 noyabr 2015 16:20

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez AFFA-nın saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Dünya çempionatının əsas mərhələsinə hazırlıq necə gedir?
- Noyabrın 23-dən təlim-məşq toplanışına başlamışıq. Əsasən fiziki hazırlığı yüksəldəcək məşqlərə üstünlük veririk. Çünki bu cür təlim-məşq toplanışını xeyli əvvəl keçmişik. İndi buna ehtiyac var. Taktiki planda çalışmalara da vaxt ayırırıq. Heyətə 3 yeni futzalçı dəvət etmişik. Onların komandaya uyğunlaşması üçün bu vacibdir.
 
- Futzalçıların  durumu sizi nə dərəcədə qane edir?
- Oyunçuların hazırkı vəziyyətindən razıyam. Əhval-ruhiyyəmiz də yaxşıdır. Yeni oyunçuların komandaya qoşulması həm yeni nəfəs gətirir, həm də rəqabət yaradır. Düşünürəm ki, yeni qoşulanlar da komandaya kömək edə biləcək.
 
- Sizi daha çox hansı problemlər narahat edir?
- Komandanın hazırlıq keçməsi üçün normal şərait yaradılıb. Amma hansısa ölkənin yığması ilə yoldaşlıq oyunları keçirə bilməyəcəyik. Bu da məni narahat edir. Halbuki oyun təcrübəsi çox olmalıdır. Məşq başqa, oyun başqadır. Məşq prosesindəki psixoloji durumla oyundakı ab-hava fərqli olur. Təsəvvür edin, bina tikmək üçün hər cür materialınız var. İlk işiniz bünövrəni möhkəm qurmaq olmalıdır. İdmanda da təməl psixoloji durumdur. Bunu düzəldə bilsək, oyunlarımız da yaxşı alınacaq. Çalışırıq ki, bu boşluğu doldurmaq üçün milli çempionatda çıxış edən klubların üzvlərindən ibarət yığma ilə qarşılaşaq. Oyun noyabrın 29-da və ya 30-da keçiriləcək.
 
- Psixoloji hazırlıqla özünüz məşğul olursunuz, yoxsa kənardan psixoloq dəvət edəcəksiniz?
- Bu problemi yoluna qoymaq üçün çoxlu oyun keçirmək lazımdır. Məşq prosesində uşaqlar bir-birini yaxşı tanıdığından, verdiyin tapşırığı yerinə yetirirlər. Amma başqa rəqibə qarşı oynayanda məşq prosesində görmədiyini orada aşkarlayırsan.
 
- DÇ-nin seçmə mərhələsindəki rəqiblər haqda hansı məlumata sahibsiniz?
- İsveç millisi haqda geniş məlumatım yoxdur. Çünki bu komanda aşağı mərhələdə çıxış edib. Amma Xorvatiya və Belarus yığmalarının nəyə qadir olduğunu bilirəm. Meydan sahiblərinin son 2 oyununu izləmişəm. Onlar noyabrın 29-da və dekabrın 1-də Yaponiya millisi ilə yoldaşlıq oyunu keçirəcəklər. Həmin oyunları da diqqətdə saxlayacağam. Ümumi götürdükdə, xorvatlar doğma meydanda çıxış edəcək, heyətlərində təcrübəli futzalçılar çoxdur və əksər oyunçuları tanınmış klubların formasını geyinirlər. Belarus yığması ilə fevralda və avqustda yoldaşlıq oyunlarında qarşılaşmışıq. Bu komandanı daha yaxşı tanıyırıq.
 
- Qrup mərhələsinin təqvimini necə, yığmamız üçün münasib saymaq olarmı?
- Çox münasibdir. İlk oyunda İsveç millisi ilə qarşılaşacağıq. Birinci oyunlar hər zaman çətin keçir – təzyiq, həyəcan olur. İkinci oyuna daha yaxşı hazırlaşırsan. Güclü rəqiblə birinci oyunda qarşılaşmaqdansa, sonuncu görüşdə üz-üzə gəlmək daha münasibdir.
 
- Şansları necə qiymətləndirirsiniz?
- Komandaların hamısının şansı var. Hər oyuna final matçı kimi yanaşacağıq. Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə mütəmadi vəsiqə qazansa da, dünya çempionatında iştirak etməyib. Çünki Avropa çempionatına gedən yol nisbətən asandır. Amma dünya çempionatının finalına yüksəlmək üçün qrup mərhələsini minimum ikinci pillədə başa vurmalısan. Daha sonra püşk atılacaq  və qrup mərhələsini 1-ci pillədə başa vuran komandalar 2-ci sırada yer alanlarla pley-off oyunlarına çıxacaq. İndi diqqətimizi bu 3 oyuna yönəltməli və pley-off mərhələsinə vəsiqə qazanmalıyıq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah