Qarabağ Emil Balayevlə maraqlanır
26 noyabr 2015 15:00
Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayev yenidən Azərbaycana qayıda bilər. Azerisport.az xəbər verir ki, onunla "Qarabağ"ın maraqlandığı bildirilir.
Qeyd edək ki, Balayev "Ayntraxt"a "Neftçi"dən keçmişdi. Lakin o, Frankfurt təmsilçisinin heyətində möhkəmlənə bilmədi. Son dövrlər isə futbolçumuz zədə səbəbindən məşq edə və oynaya bilmir. Lakin Almaniya mətbuatı 2016-cı ilin əvvəlində sıraya dönəcək futbolçunun "Ayntraxt"la təlim-məşq toplanışına yollanacağını iddia edir.