Erik Dayer: Qarabağın necə yaxşı komanda olduğunu Londondakı görmüşük
26 noyabr 2015 18:45
İngiltərənin "Tottenhem" klubunun müdafiəçisi Erik Dayer Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz Londonda keçirilən ilk oyunda "Qarabağ"ın necə yaxşı komanda olduğunu gördük. Onlar öz oyunlarını sərgiləməyə çalışırlar. Şübhəsiz ki, bizi səfərdə çətin görüş gözləyir. Qələbə qazanmaq hər zaman xoşdur. Buna nail olmağa çalışacağıq. Həm də bu qələbə bizə qrupdan çıxmağı təmin edə bilər. Bizim üçün lazım olan nəticəyə oynayacağıq. Bu, komandamız üçün çox vacibdir".