İnter Kvekveskirisiz qaldı
26 noyabr 2015 19:30
"İnter" Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşacağı "Kəpəz"lə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu səfər matçı öncəsi ciddi itki ilə üzləşib.
Belə ki, bakılıların gürcü yarımmüdafiəçisi Nika Kvekveskiri hələ də zədədən əziyyət çəkir. Onun daha on gün məşq edə bilməyəcəyi xəbər verilir.
Bu isə futbolçunun nəinki "Kəpəz", hətta "Qarabağ" və "Sumqayıt"la oyunlarda da komandasına kömək edə bilməyəcəyi deməkdir.