Fotoreportaj|Video|На русском

Futbol

Topaz Premyer Liqasında 14-cü tur həyəcanı

27 noyabr 2015 00:05

Bu gün Topaz Premyer Liqasında 14-cü tura start veriləcək. Azerisport.az xəbər verir ki, hesbat turu 4 gün davam edəcək.

İlk oyun günündə bir görüş baş tutacaq. "Kəpəz" doğma meydanda "İnter"i qəbul edəcək. Bu rəqibinə 5 oyundur uduzmayan “İnter” son 4 qarşılaşmada qalib gəlib. Gəncə təmsilçisi isə son iki ev oyununda xal qazana bilməyib. Bütövlükdə bu klublar 19 dəfə üz-üzə gəliblər. Onlardan yalnız 4-də gəncəlilər qalib gəlibsə, 2 dəfə heç-heçə qeydə alınıb. Qalan 13 görüşdə bakılılar qələbəyə seviniblər. Top fərqi də paytaxt klubunun xeyrinədir - 39:18. İlk dövrədə Bakıda baş tutan görüşdə 1:0 hesabıyla qalib gələn "İnter" səfərdə də oxşar uğura imza atmağa çalışacaq. Çünki bu, paytaxt təmsilçisinin ikinci pillədəki mövqeyini qoruması baxımından çox vacibdir. Amma Şahin Diniyevin çalışdırdığı "Kəpəz" də sıradan rəqib deyil və xüsusilə Gəncədəki qarşılaşmalarda rəqiblərinə müqavimət götərməyi yaxşı bacarır.

İkinci oyun günündə öncə AZAL “Sumqayıt”la qarşılaşacaq. Tərəflər arasındakı ardıcıl 3 matçda heç-heçə qeydə alınıb. Elə ilk dövrədə Sumqayıtda keçirilən oyun da 1:1 hesabıyla başa çatmışdı. AZAL indiyədək öz meydanında sumqayıtlılara uduzmayıb. Bakılılar son 5 qarşılaşmada da məğlubiyyət tanımır. AZAL-ın son 3 ev oyununda hər iki komanda qol vurub. Əvvəlki 17 oyunda daha çox heç-heçə qeydə alınıb - 8 dəfə. 6 qarşılaşmada bakılılar, 3-də isə sumqayıtlılar qalib gəliblər. Top fərqi də şüvəlanlıların xeyrinədir - 24:18. Tərlan Əhmədovun komandası doğma meydandakı qəbul edəcəyi rəqibini məğlub yola salmağa çalışacaq. Lakin Samir Abasovun gəlişindən sonra inamlı çıxışı ilə seçilən sumqayıtlıların da bu görüşdə mütləq qələbə qazanmağa çalışacağı şübhəsizdir.

Günün digər oyununda “Zirə” “Xəzər Lənkəran”ı qəbul edəcək. Komandalar ilk dəfə cari mövsümdə görüşüblər. Yeganə qarşılaşmada “Zirə” minimal hesabla qalib gəlib - 1:0. Rəqiblər ilk dəfə Bakıda görüşəcək. Şübhəsiz ki, zirəlilər bu görüşdə favorit hesab olunurlar. Çünki gənclərin ümidinə qalan və heyətlə bağlı ciddi problemlər yaşayan cənubluların güclü rəqibinə müqavimət göstərməsi, xal alması ehtimalı çox azdır. Son turda heç kimin gözləmədiyi halda "Rəvan"a uduzan Adil Şükürovun komandası üst pillələrdəki mövqeyini qorumaq üçün mütləq qələbə qazanmaq istəyəcək. Yunis Hüseynovlu "Xəzər Lənkəran"ın isə hətta 1 xal da qazanması da uğur sayıla bilər.

Bazar günü də bir görüş baş tutacaq. Lider və son çempion "Qarabağ" səfərdə “Neftçi” ilə üz-üzə gələcək. Azərbaycan çempionatlarının daimi iştirakçıları 62-ci dəfə qarşılaşacaq. Əvvəlki 61 oyundan 17-də "Neftçi", 20-də isə "Qarabağ" qalib gəlib. Daha 24 görüşdə heç-heçə qeydə alınıb. Top fərqi də ağdamlıların xeyrinədir - 60:58. “Neftçi” 9 oyundur “Qarabağ”a qalib gəlmir. Bakılılar bu qarşılaşmalarda cəmi 4 xal əldə edib. Ağdamlılar sonuncu dəfə 2013-cü il mayın 4-də məğlub olub. “Qarabağ” son 3 səfər oyununda qalib gəlib. İlk dövrədə keçirilən görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Bu oyunda Ağdam klubu favorit hesab olunsa da, son turda səfərdə "Xəzər Lənkəran"a qalib gəlmiş Əsgər Abdullayevli "Neftçi"dən də sürpriz gözləmək olar.

Nəhayət, turun qapanış matçında “Qəbələ” “Rəvan”la münasibətlərinə aydınlıq gətirəcək. Bu klublar indiyə qədər 9 oyunda qarşılaşıblar ki, onun 6-da qəbələlilər, 2-də isə bakılılar qalib gəliblər. 1 görüşdə də heç-heçə qeydə alınıb. Top fərqi də "Qəbələ"nin xeyrinədir - 19:8. “Rəvan” son 6 qarşılaşmada qalib gəlməyib. Ardıcıl 2 qələbə qazanan “Qəbələ” son iki ev matçında qol buraxmayıb. Son dövrlər çempionatda qələbəyə həsrət qalan Roman Qriqorçukun komandası uğursuz gedişata son qoymağa çalışacaq. Amma Bəhmən Həsənovun komandası da son iki turda "Neftçi" və "Zirə"yə qalib gəlməklə asan rəqib olmadığını isbatlayıb. Baxmayaraq ki, ilk dövrədə Bakıda keçirilən görüşdə "Qəbələ" 3:0 hesablı darmadağına imza atmışdı.

Topaz Premyer Liqası
14-cü tur

27 noyabr (cümə)

14:00. “Kəpəz” - “İnter”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Nahid Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Şahin Cəfərov.
Gəncə şəhər stadionu.

28 noyabr (şənbə)

14:30. AZAL - “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. AZAL Arena.

16:30. “Zirə” - “Xəzər Lənkəran”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Zirə İdman Kompleksinin stadionu.

29 noyabr (bazar)

17:00. “Neftçi” - “Qarabağ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. “Bakcell Arena”.

30 noyabr (bazar ertəsi)

17:00. “Qəbələ” - “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Qəbələ şəhər stadionu.

Bombardirlər:
6
- Riçard Almeyda ("Qarabağ").
5 - Ruslan Qurbanov ("Neftçi"), Aleksey Antonov ("Qəbələ"), Dieqo Martins ("İnter").

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah