Tahir Gözəl: Uğura yaxın idik
27 noyabr 2015 00:15
“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İngiltərənin “Tottenhem” klubuna qarşı keçirilmiş oyunla (0:1) bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, oyundan sonra bunları söyləyib:
"Maraqlı oyun oldu. İlk dəqiqələrdən istədiyimiz kimi oynaya bilməsək də, sonradan artırdıq. Rəqib güclü idi. Ofsayd epizodlarında bəxtimiz gətirmir. Əlimizdən gələni etdik. Çətin qrupa düşmüşük. Həmişəki kimi, uğur qazanmağa yaxın idik. Hətta şansımız qalmasa da belə, "Anderlext"ə qalib gəlməliyik. Komandamla fəxr edirəm".