Vaqif Cavadov: Qəbələni belə oyuna görə təbrik etmək olar
27 noyabr 2015 11:45
"Qəbələ"nin yarımmüdafiəçisi Vaqif Cavadov Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirdikləri səfər oyununu (0:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyun bizim üçün yaxşı alındı. Demək olar ki, bütün oyunu üstün keçirdik. Hər iki hissə bizim üçün uğurlu keçdi. Kifayət qədər qol epizodumuz da oldu. Sadəcə, qol vura bilmədik. Komandanı belə oyuna görə təbrik etmək olar".