Dmitri Bezotosnı: Qələbə qazanmaq üçün qol vurmaq lazımdır
27 noyabr 2015 12:00
"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirdikləri səfər oyununu (0:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Təəssüf ki, qol vura, qələbə qazana bilmədik. Hücumları məntiqli sonluqla başa çatdırmaq baxımından problemlər yaşadıq. Biz demək olar ki, hər oyunda qol vurmaq üçün çoxlu şans qazansaq da, bu imkanlardan yaxşı yararlana bilmirik. "Krasnodar"la Rusiyadakı, "Borussiya" ilə Bakıdakı oyunlarda da elə olmuşdu. Qələbə qazanmaq üçün qol vurmaq lazımdır".