Rusiya yığmasının qapıçısı Bakıdakı darmadağına görə qisas almaq istəyir
27 noyabr 2015 14:20
Rusiyanın gənclərdən ibarət yığma komandasının qapıçısı Anton Mitryuşkin AÇ-2017-nin seçmə mərhələsi çərçivəsindəki uğursuz çıxışlarını şərh edərkən, Bakıda Azərbaycana 0:3 hesablı məğlubiyyəti də xatırlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində bunları söyləyib:
"Komandamız ruhdan düşməyib. Azərbaycana məğlubiyyətə görə olan borcumuzu həm bu komandaya, həm də almanlara qarşı oyunda ödəməliyik. Fikrimcə, Almaniya ən güclü futbol ölkəsidir. Amma biz onlarla görüşdə özümüzü göstərmək istəyirik. Almaniyalı gənclərlə artıq qarşılaşmışıq. Həmin oyun heç-heçə bitmişdi. Fikrimcə, hər bir rəqiblə oynamaq, qələbə qazanmaq olar".