Əfran İsmayılov: Şans var və Anderlextə qalib gəlməliyik
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı keçirdikləri oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Gərgin oyun oldu. Çətin olacağını bilirdik. Güclü komandaya qarşı oynayırdıq. Onlara qalib gəlmək asan deyildi. Öz meydanımızda maraqlı futbol sərgilədik. Meydanda var gücümüzü qoyduq.
- Buraxılan qolu necə şərh edərdiniz?
- Heç nədən qol buraxdıq. Belə hallar olur.
- Qrupdan çıxmaq şansınızı necə qiymətləndirərdiniz?
- Şansımız az da ola, var. Nə qədər ki, şans var, mübarizəmizi davam etdirməliyik. İstənilən halda xal ehtiyatımızı yaxşılaşdırmalıyıq.
- "Anderlext"i səfərdə məğlub edə biləcəksiniz?
- Asan olmayacaq. Amma çalışacağıq. Növbəti mərhələyə çıxmaq şansı qazanmaq istəyiriksə, buna nail olmalıyıq.
- Qarşıda "Neftçi" ilə oyun var. Çox yorulmusunuz?
- Hazırlıq üçün vaxtımız azdır. Amma alışmışıq. Prinsipial və vacib oyundur. Qələbə qazanmalıyıq.