Ruslan Qurbanov: Qarabağa qol vurmaq istəyirəm
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçiriləcək "Qarabağ"la oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Matça hazırıq. "Qarabağ"a qalib gəlmək istəyirik. Bilirəm ki, buna nail olmaq çətin olacaq. Çünki ölkənin ən güclü komandasına qarşı oynayacağıq. "Qarabağ"a bütün oyunlarda, hətta Belçika "Anderlext"inə qarşı keçirəcəyi Avropa Liqasının oyununda da uğurlar arzulayıram, təkcə bizimlə görüşdən başqa. Turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmağımız lazımdır. "Qarabağ"a qol vurmaq istəyirəm. Amma əsas hədəfimiz bu komandaya qalib gəlməkdir. Motivasiya təbii ki, yüksəkdir. Fikrimcə, rəqib komandada da elədir. "Qarabağ"ın meydana hansı heyətlə çıxmasının fərqi yoxdur. Əsgər Abdullayevin təyinatına gəlincə, məhz onun sayəsində 8 illik fasilədən sonra səfərdə "Xəzər Lənkəran"a qalib gəldik. Onun təcrübəsi bizə kömək etdi".