Qarabağın rəqibi Çelsi ilə sülh bağladı
29 noyabr 2015 18:00
İngiltərə Premyer Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Tottenhem" də növbəti matçını keçirib.
London klubu doğma meydanda "Çelsi" ilə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb - 0:0.
Qeyd edək ki, "Tottenhem" hazırda 25 xalla 20 klub arasında 5-ci pillədə qərarlaşıb.