Qəbələnin rəqibi Ştutqarta qalib gəldi
30 noyabr 2015 00:15
Almaniya Bundesliqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Dortmund "Borussiya"sı da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Ştutqart"la qarşılaşıb. Matç "Borussiya"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, geridə qalan turlarda 32 xal toplayan "Borussiya" ikinci pillədə qərarlaşıb.