Pavel Paşayev oynamadı, komandası 9 qol buraxdı
30 noyabr 2015 00:25
Ukrayna çempionatında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Metallurq" da növbəti matçına çıxıb.
Zaporojye klubu səfərdə "Volın" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:9 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin üzvünün adı bu görüşün də 18-liyində yer almayıb.
Qeyd edək ki, "Metallurq" geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.