Erat bir hissə oynadı, Fortuna qələbə qazandı
30 noyabr 2015 00:30
Almaniya Qərb Regional Liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Oberhauzen" ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat fasilədə əvəzlənib.
Qeyd edək ki, Toğrulun komandası hazırda 25 xalla 19 klub arasında 7-ci pillədə qərarlaşıb.