Vəli Qasımov: Qarabağla oyunda bizim bəxtimiz daha çox gətirdi
30 noyabr 2015 15:00
"Neftçi"nin idman direktoru Vəli Qasımov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Qarabağ" üzərində qazandıqları qələbəni (1:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ağır oyun oldu. Rəqib məlum səbəblərdən meydana heç də optimal heyət buraxmamışdı. Bu baxımdan bizim bəxtimiz gətirdi. Bütövlükdə, bərabər səviyyəli oyun getdi. Hər iki komandanın qol vəziyyətləri vardı. Amma bizim daha çox bəxtimiz gətirdi. Rəhman Hacıyev də ustalığını nümayiş etdirdi, əlinə düşən şansdan yaxşı yararlandı".