Neftçi - Zirə matçının biletləri satışa çıxarıldı
4 dekabr 2015 13:30
Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - “Zirə” oyununun biletləri bu gün satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, dekabrın 6-da “Bakcell Arena”da keçiriləcək oyun saat 16:00-da başlanacaq.