Fotoreportaj|Video|На русском

Futbol

Sənan Qurbanov: Çempionluq iddiasından əl çəkməyəcəyik

4 dekabr 2015 16:20

"Qəbələ"nin Topaz Premyer Liqasında ardıcıl xal itkiləri, xüsusilə çempionatın son 6 turunda qələbə qazana bilməməsi müzakirə mövzusuna çevrilib. Azerisport.az xəbər verir ki, bununla əlaqədar komandanın məşqçisi Sənan Qurbanov "Qəbələ İK" qəzetinin suallarını cavablandırıb.

- Komanda çempionatda ardıcıl 6 oyundur qələbə qazana bilmir. Xal itkilərinin əsas səbəbini nədə görürsünüz?
- Ardıcıl 6 oyunda, xüsusilə öz meydanımızda keçirdiyimiz matçlarda xal itirəcəyimizi gözləmirdik. Çünki sıx oyun qrafikinə baxmayaraq, həm çempionatda, həm də Avropa Liqasında uğurlu çıxış edirdik. Qələbə qazana bilmədiyimiz həmin matçlarda üstün oyun göstərdiyimizi hamı gördü. Bu mənada yersiz xal itkilərinə görə biz də çox üzüldük.

- Belə məqamlarda, adətən, deyirlər – bir qələbə lazımdır ki, uğurluzluq zolağından çıxasan.
- Bu fikirlə razıyam. Bizə bir qələbə yetər ki, vəziyyəti xeyrimizə dəyişək, komandada əhval-ruhiyyəni yaxşılaşdıraq. Qələbə tam başqa əhval-ruhiyyə yarada biləcək hissdir. Hətta zədəli futbolçularımız da emosiyalara qapanacaq, tez sağalıb oynamaq istəyəcəklər. Təbii ki, biz məşqçilər təhlillər aparırıq. Ancaq komandanı bu vəziyyətdən çıxara biləcək əsas qüvvə futbolçuların özləridir.

- Keçmiş hücumçu kimi, necə bilirsiniz, ön xətt oyunçularının qol imkanlarından istifadə edə bilməməsi nə ilə bağlıdır?
- Hücumçularımızın çatışmayan əsas cəhəti qapıya yetərincə sayda zərbə vurmamasındadır. Halbuki, onlar bundan ötrü alışıb-yanmalıdırlar. Əsasən də hücumçular. Futbolçu qapıya zərbə vurmursa, hansı epizodu yada salıb təəssüflənə bilər ki? Bunun üzərində işlədik və “İnter”lə oyunda baxımlı qol vurduq. Əvvəlki matçlarda rəqib qapısına 5 zərbə vursaydıq, heç olmasa 2-si qolla nəticələnərdi.

- Rəqiblərin “Qəbələ”yə qarşı oyunu, deyəsən, əvvəlki mövsümdəkilərdən fərqlənir...
- Bununla bağlı müqayisələr aparmışıq. Çempionatda komandalar əvvəl “Qarabağ”a qarşı necə oynayırdılarsa, indi də “Qəbələ”yə qarşı matça o cür, yəni böyük motivasiya ilə çıxırlar. Premyer Liqada mübarizə aparan hər baş məşqçi “Qəbələ” kimi iddialı rəqibdən xal qoparmağa çalışır. Bu, normal haldır. Rəqiblərimizin heyətində gənc və sürətli futbolçular var. Onlar “Qarabağ” və “Qəbələ” kimi iddialı komandalara qarşı oyunlarda özlərini göstərə bilirlər. “Sumqayıt” buna misal ola bilər. “Qarabağ” bu mövsümdə ilk məğlubiyyəti məhz “gənclər şəhər”inin təmsilçisindən alıb. “Zirə”, AZAL və “Rəvan” isə Qəbələyə heç-heçə üçün gəlmişdilər. Bu komandalar Qəbələdə bizə qarşı açıq futbol oynamadılar. Müdafiə taktikasını seçdilər və arzuladıqları 1 xalı qazandılar. “Sumqayıt” isə bizə qarşı açıq, baxımlı, hücum futbolu oynadı.

- “Qəbələ”Avropa Liqasında növbəti mərhələyə çıxmaq şansını itirib. Sizcə, bu, iki cəbhədə mübarizə aparan “Qəbələ”nin nəticələrinə təsir etdimi?
- “Qəbələ”nin AL-in qrup mərhələsinə çıxmasının özü çox böyük uğurdur. Hesab edirəm ki, pis təsir bağışlamadıq və Azərbaycanda 4 mərhələ keçərək qrupa düşən ilk komanda olduq. Güclü rəqiblərlə mübarizədə futbolçular böyük təcrübə qazandılar. Premyer Liqamızın səviyyəsinə kölgə salmaq istəmirəm, amma Avroliqa oyunlarından sonra çempionat matçlarına köklənmək futbolçular üçün çətin olur. Halbuki, futbolçulara dəfələrlə demişik ki, Avroliqa oyununu çempionat matçından seçsək, bunun mənfi nəticəsini görəcəyik. Nəticə baxımından hər matç bizim üçün önəmli olmalıdır. “Qəbələ” ilk dəfə avrokuboklarda qrup təcrübəsini yaşadı. Söz yox ki, sıx oyun qrafiki, yol yorğunluğu da öz sözünü dedi. Üstəlik, zədəlilərimiz də var. Bütün bu amillər iki cəbhədə mübarizə aparan komandalar üçün normal haldır.

- “Qarabağ” “Qəbələ”dən 8 xal öndədir. Bu xal fərqini necə aradan qaldırmaq olar?
- Əlbəttə, ardıcıl 2 mövsüm bürünc medalçı olan komandamız üçün yenə bu mükafatı qazanmaq uğur sayıla bilməz. Bu mövsüm məqsədimiz çempion tituluna sahib çıxmaqdır. Çempionatın formata uyğun olaraq, hər komanda ilə 4 dəfə üz-üzə gəlməliyik. “Qarabağ”la hələ 3 oyunumuz qalıb. Ona görə də düşünürəm ki, xal fərqini aradan qaldırmaq mümkündür. Premyer Liqada yolumuz uzundur, mövsüm hələ heç yarılanmayıb.

- Xüsusilə əsas rəqiblərlə şəxsi oyunlar həlledici olacaq...
- Bəli. Ruhdan düşmək olmaz. Kimsə düşünməsin ki, “Qarabağ” bizdən 8 xal irəlidədir deyə iddiamızdan əl çəkəcəyik. Əksinə, bundan sonra oyunlara daha ciddi yanaşmaq lazımdır. Çempionat indi bizim üçün daha maraqlı oldu. Unutmayın ki, “Qəbələ” Avropa Liqasında 4 mərhələ keçərək qrup mərhələsinə düşüb. Təsnifat mərhələsində öhdəsindən gəlməli olduğumuz vəzifə daha çətin idi, nəinki indi. Bu baxımdan belə əzmkar komanda üçün 8 xal fərqini aradan qaldırmaq problem olmamalıdır.

- “Qəbələ”ni ölkə kubokunda yeni mövsüm gözləyir. Bu turnir isə titul qazanmaq baxımından ən qısa yoldur.
- “Mil-Muğan”la 2 il öncə də kubokda görüşmüşdük. Qəbələdə keçirilən həmin oyunu yaxşı xatırlayıram. Onda rəqib 1-ci dəqiqədə qapımıza yol tapmışdı. Sonradan 2 qol vuraraq qalib gəldik. Roman Qriqorçuk rəqibə etinasız yanaşmağa nifrət edir. Futbolda rəqibə fərq qoyulmamalıdır. “Borussiya” “Qəbələ” ilə eyni səviyyədə olmasa da, bizimlə hər iki oyuna ciddi yanaşdı. Həm çempionatda, həm də kubokda sonadək mübarizə aparacağıq. İnanıram ki, titul qazanmaq məqsədimizə bu mövsüm çatacağıq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah