İnter Qarabağla oyuna 4 itki ilə çıxacaq
5 dekabr 2015 14:20
"İnter" Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşacağı lider "Qarabağ"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubunun heyətində bu görüş öncəsi dörd itki var.
Belə ki, Mirhüseyn Seyidovla Nika Kvekveskiri zədəli olduğundan, Ağdam klubuna qarşı oynaya bilməyəcək. Zurab Xizanişvili ilə Denis Silva isə cəzalıdır.
Qeyd edək ki, "Qarabağ" - "İnter" matçı dekabrın 6-da Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək və saat 18:30-da start götürəcək.