Fotoreportaj|Video|На русском

Futbol

Topaz Premyer Liqasında 15-ci tur həyəcanı

6 dekabr 2015 00:10

Bu gün və sabah Topaz Premyer Liqasında 15-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutacaq.

Əsgər Abdullayevin gəlişindən sonra qələbələri sıralayan “Neftçi” bu tur “Zirə”ni qəbul edəcək. İkinci dəfə qarşılaşacaq komandaların ilk oyununda “Zirə” qalib gəlib. Evdə ilk dəfə rəqibini qəbul edəcək “Neftçi” qol vura bilmədiyi və xal almadığı komandayla görüşəcək. Belə ki, həmin görüşdə zirəlilər 2 cavabsız qolla qalib gəlmişdilər. Amma bu dəfə "ağ-qaralar"ın həmin məğlubiyyətin əvəzini çıxması daha inandırıcı görünür. Çünki "Neftçi" yeni baş məşqçisinin rəhbərliyi altında heç qapısından qol da buraxmır. Düzdür, "Zirə" də debütant olmasına baxmayaraq, çox iddialı təsir bağışlayır. Hər halda paytaxt klublarının duelinin maraqlı idman mübarizəsi şəraitində keçəcəyi şübhə doğurmur.
 
Bu oyunla eyni saatda “Xəzər Lənkəran” evdə “Qəbələ” ilə üz-üzə gələcək. Bu klublar indiyə qədər 27 dəfə qarşılaşıblar. Onların 13-də cənublular, 8-də qəbələlilər qalib gəliblər. Daha 6 görüşdə isə heç-heçə qeydə alınıb. Son 3 qarşılaşmada “Qəbələ” qalib gəlib. “Xəzər Lənkəran” iki oyundur qol vura bilmir. Top fərqində də lənkəranlıların üstünlüyü var - 36:30. Daha iddialı olan və güclü heyətə malik "Qəbələ" bu görüşdə də favoritdir. Baxmayaraq ki, bu komanda son dövrlər çempionatda qələbə sevinci yaşaya bilmir. Amma həm maddi, həm də heyətlə bağlı problemlərdən əziyyət çəkən cənubluların güclü rəqibindən xal alması çox çətin görünür. Yunis Hüseynovun komandası ilk dövrədə səfərdə 0:6 hesablı məğlubiyyətlə üzləşdiyindən, həmin görüşün qisasını almağa çalışacaq. Bu yolda hətta heç-heçə də cənublular üçün müsbət nəticə sayıla bilər.

İlk oyun gününün son matçında isə lider "Qarabağ”la əsas izləyicisi “İnter” qarşılaşacaq. Bu klublar əvvəllər 44 oyunda üz-üzə gəliblər. Onların 19-da ağdamlılar qalib gəliblər, 10-da bakılılar 3 xal qazanıb, 15 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqi də ağdamlıların xeyrinədir - 49:28. “Qarabağ” son 20 qarşılaşmada bu rəqibinə cəmi 1 dəfə uduzub. Ağdamlılar son 5 oyunda da 1 dəfə qələbə qazanıb. “İnter” 8 ildir səfərdəki 13 matçda qalib gəlməyib. İlk dövrədəki oyunda da "Qarabağ" səfərdə 2 cavabsız qolla qalib gəlmişdi. Elə bu dəfə də ağdamlılar favoritdirlər. Amma paytaxt klubunun da sürpriz nəticəyə imza atması istisna olunmur.

Son oyun günündə iki qarşılaşma baş tutacaq. Öncə “Sumqayıt” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandaların əvvəlki oyunlarında (9 dəfə üz-üzə gəlibər) meydan sahibi olan tərəf məğlub olmayıb. “Sumqayıt” isə evdə ümumiyyətlə xal itirməyib. Yubiley qarşılaşması öncəsi sumqayıtlıların 4, gəncəlilərin 3 qələbəsi var. 2 dəfə isə heç-heçə qeydə alınıb. Top fərqində də sumqayıtlıların minimal üstünlüyü var - 12:11. Amma ilk dövrədə Gəncədə keçirilən qarşılaşmada "Kəpəz" 3:1 hesablı qələbəyə sevinmişdi. Samir Abasovlu "Sumqayıt" indi həmin məğlubiyyətin qisasını almağa çalışacaq. Şahin Diniyevin çalışdırdığı Gəncə təmsilçisi isə səfərdə hətta 1 xala da sevinə bilər.

Nəhayət, turun qapanış matçında “Rəvan”la AZAL qarşılaşacaq. Tərəflərin əvvəlki 13 oyununda hər iki komanda eyni sayda - 5 qələbə qazanıb. 3 qarşılaşmada isə qalib müəyyənləşməyib. Maraqlıdır ki, bu klubların vurduğu qol sayında da bərabərlik var - 17:17. Tərəflərin son 3 qarşılaşmasında 1-dən çox qol vurulmayıb. “Rəvan” son 7 qarşılaşmada yalnız 1 qələbə qazanıb. AZAL son iki, “Rəvan” öz meydanındakı axırıncı 2 matçda qol buraxmayıb. İlk dövrədəki oyunda isə "təyyarəçilər" 1:0 hesabıyla üstün olmuşdular. Amma Bəhmən Həsənovun gəlişindən sonra yüksəlişə keçən "aslanlar" bu dəfə həmin məğlubiyyətin qisasını ala bilərlər.

Topaz Premyer Liqası
15-ci tur

6 dekabr (bazar)

16:00. “Xəzər Lənkəran” - “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Akif Əmirəli, Vaqif Musayev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

16:00. “Neftçi” - “Zirə”
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Knyaz Əmiraslanov, Azər Əsgərov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. “Bakcell Arena”.

18:30. “Qarabağ” - “İnter”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

7 dekabr (bazar ertəsi)

17:00. “Sumqayıt” - “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Coşqun Həsənov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məlik Həsənov.
Sumqayıt. “Kapital Bank Arena”.
 
20:00. “Rəvan” - AZAL
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. “Bayıl Arena”.

Bombardirlər:
6
- Riçard Almeyda ("Qarabağ").
5 - Ruslan Qurbanov ("Neftçi"), Aleksey Antonov ("Qəbələ"), Dieqo Martins ("İnter").

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah