Nurlan Novruzov: Neftçi ilə oyunda bizə çox çətin olacaq
6 dekabr 2015 12:30
"Zirə"nin hücumçusu Nurlan Novruzov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"nin təkcə adı rəqibin gücündən xəbər verir. Əvvəlki turda onlar "Qarabağ"a da qalib gəldilər. Həmin oyuna televizordan baxmışam. "Neftçi" sürətli oyuna üstünlük verir və fikrimcə, bizə bu görüşdə çox çətin olacaq. Amma matça yaxşı köklənmişik və müsbət nəticə qazanmaq istəyirik. AZAL-la kubok oyununda yaxşı çıxış etdik və qələbə qazandıq. Son iki ayda ilk dəfə belə ağır matç keçirdim. Uşaqlara göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Qırmızı vərəqə epizodunda isə bəxtim gətirdi. Az qala yenidən zədələnəcəkdim".