Yunis Hüseynov: 2 penaltimiz verilmədi
6 dekabr 2015 18:40
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyun gərgin keçdi, qələbə qazanmaq istəyirdik" - bunlar şablon sözlərdir. Lakin ümumi götürsək, meydanda olan 16 yaşlı futbolçulardan razı qaldım. Düşünürəm ki, bizim 16 yaşlı futbolçularımız Avropa Liqasının qrup mərhələsində çıxış edən futbolçulardan qat-qat yaxşı oynadılar. Məncə, oyun ərzində 2 penaltimiz verilmədi. Bəlkə də səhv edirəm, bununla bağlı baxıb qərar çıxararlar”.