Fotoreportaj|Video|На русском

Futbol

İlqar Qurbanov: Avropa Liqasında yolumuza davam etmək üçün əlimizdən gələni edəcəyik

7 dekabr 2015 00:30

"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Maraqlı oyun oldu. Hər iki komanda yaxşı müdafiə olunmağı bacarır. Fikrimcə, azarkeşlər üçün də maraqlı qarşılaşma alındı. Şadam ki, qol vurduq, qələbə qazandıq. Belçika səfəri öncəsi heç də asan qarşılaşma keçirmədik. Amma əsas odur ki, 3 xalı qazana bildik.

- Qələbə əsas izləyicilərinizdən bir qədər də uzaqlaşmağınıza kömək etdi...
- Biz buna fikir vermirik. Çünki ötən mövsüm də 12-13 xal öndə olduğumuz halda onu az qala əldən vermişdik. Sonralar fərq 3-4 xala enmişdi. Ona görə də fərq barədə düşünməməyə çalışırıq. Hər oyuna qələbə üçün çıxırıq.

- Amma etiraf edin ki, hazırda Premyer Liqada layiqli rəqibləriniz yoxdur. Sizə qarşı ən yaxşı oyunu "Neftçi" göstərdi...
- Düzdür, həmin oyunda uduzduq. Amma "Neftçi" ilə oyun artıq keçmişdə qalıb. Bütün komandalar bizə qarşı maksimum güclə oynayırlar. Buna görə bizə çətin olur. Üstəlik, biz Avropa Liqasında, ölkə kubokunda da oyunlar keçiririk. "İnter" də ağıllı oynadı. Amma biz diqqətli oynamağa və səhv buraxmamağa çalışdıq.

- Qarşıda Belçika "Anderlext"i ilə səfər oyunu var. Avrokubok yolunuza davam edə biləcəksiniz?
- Bunu hamımız çox istəyirik. Amma bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, Avroliqada yolumuza davam edək.

- Brüsseldə meydana çıxacağınıza ümid edirsiniz?
- Baxacağıq. Mənə şans verilsə, tam gücümü meydanda qoymağa çalışacağam.

- Amma Qurban Qurbanov sizə Avroliqada təsadüfi hallarda güvənir. Bu, nə ilə bağlıdır?
- Bunun səbəbini bilmirəm. Əslində, xüsusi bir səbəb yoxdur. Kimin daha yaxşı olmasına baş məşqçi qərar verir. Lazım gəlsə, meydana çıxmağa hazıram. Bunu heç vaxt problem etməmişəm.

- Brüsseldə qələbə qazansanız da, İngiltərə "Tottenhem"inin Fransa "Monako"suna uduzmamasına ümid etməlisiniz...
- İngiltərə klubu əsas vəzifənin öhdəsindən gəlsə də, onların "Monako"ya məğlub olacağını düşünmürəm. Məsələn, hamı "Tottenhem"in Bakıya az qala üçüncü heyətlə gəldiyini düşünürdü. Amma onlar Bakıdan qələbə ilə qayıtdılar. Ona görə onların "Monako"ya asanlıqla uduzacağına da inanmıram. Çətin ki bu komanda öz azarkeşləri qarşısında uduzsun.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah