Dieqo Souza: Zirəyə lisenziya verilməsə belə, bunda qorxulu bir şey yoxdur
7 dekabr 2015 14:15
"Zirə"nin yarımmüdafiəçisi Dieqo Souza Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qələbəyə ümid edirdik. Amma alınmadı. Əslində yaxşı oyun keçirsək də, sadəcə, qələbə qazanmaq mümkün olmadı. Komandamızda atmosfer yaxşıdır. Bu da çempionatda yaxşı nəticələr qazanmağımıza kömək edir. Burada təəccüblü heç nə yoxdur. "Zirə" yaxşı komandadır. Bizə hətta avrokuboklarda çıxış etmək üçün lisenziya verməsələr də, bunda qorxulu bir şey yoxdur".